PageSourceSearch

https://bonduelle.am/_nuxt/az-az.23d0a3fc.js

js bonduelle.am collected 2026-10-02 23:44:00 UTC 9,143 bytes, 132 lines download raw bytes

1const a={seo_title:"Политика в отношении обработки персональных данных | Bonduelle",seo_description:"Предлагаем вам ознакомиться с настоящей политикой в отношении обработки персональных данных на сайте Bonduelle",content:`
2

3      Hazırkı fərdi məlumatların emalı siyasəti (bundan sonra “Siyasət”
4      adlandırılacaq) “Bondyuel-Kazaxstan” MMO tərəfindən.
5

6

7      Fərdi məlumatlar veb-sayt istifadəçiləri tərəfindən könüllü olaraq
8      təqdim edildiyi hallar istisna olmaqla, Şirkət Azərbaycan
9      Respublikasının qüvvədə olan qanunvericiliyi ilə fərdi məlumatlara aid
10      edilən məlumatları, məsələn, soyad, ad, ata adı, doğulduğu tarix və
11      doğulduğu yer, ünvan, ailə, sosial, mülki vəziyyət, təhsil, peşə, gəlir,
12      telefon nömrəsi, e-poçt ünvanı və digər məlumatları (bundan sonra “Fərdi
13      məlumatlar” adlandırılacaq) şirkətə məxsus veb-saytlar vasitəsilə
14      toplamaq niyyətində deyildir.
15

16

17      Veb-sayt istifadəçiləri və digər fərdi məlumat subyektləri (bundan sonra
18      “İstifadəçilər” adlandırılacaq) öz fərdi məlumatlarını könüllü olaraq
19      təqdim etməklə Şirkət tərəfindən fərdi məlumatların transsərhəd
20      ötürülməsi də daxil olmaqla, onların fərdi məlumatların qorunması
21      haqqında Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə
22      avtomatik olaraq emalına, habelə hazırkı Siyasətə uyğun olaraq Fərdi
23      məlumatların üçüncü şəxslərə açıqlanması və ya yayılmasına razılıq
24      vermiş olurlar. Bu zaman fərdi məlumatların emalı dedikdə, fərdi
25      məlumatların toplanması, qeyd edilməsi, sistemləşdirilməsi, yığılması,
26      saxlanması, aydınlaşdırılması (yenilənməsi, dəyişdirilməsi),
27      çıxarılması, istifadəsi, ötürülməsi (paylanması, təqdim ediıməsi, onlara
28      giriş), şəxssizləşdirilməsi, bloklanması, silinməsi, məhv edilməsi də
29      daxil olmaqla, avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya bu
30      cür vasitələrdən istifadə etməməklə fərdi məlumatlar üzərində edilən hər
31      hansı bir hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) toplusu
32      nəzərdə tutulur. Fərdi məlumatlarının emal edilməsini istəməyən
33      istifadəçilər onları təqdim etməməlidirlər. Hazırkı razılıq yazılı
34      formada geri çağırıldığı günədək qüvvədədir.
35

36

37      Fərdi məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyinə və
38      Şirkətin nizamnaməsinə uyğun olaraq Şirkətin fəaliyyətinin həyata
39      keçirilməsi məqsədilə Şirkət tərəfindən Şirkətin tərəfdaşı olan digər
40      təşkilatlara yalnız müvafiq qayda və normalarla nəzərdə tutulmuş qaydada
41      ötürülə bilər.
42

43

44      Şirkət qanunvericilikdəki, məxfiliyə riayət tədbirlərindəki və ya
45      Şirkətin veb-saytlarının məzmunundakı dəyişikliklə əks etdirməklə
46      Siyasətə yenidən baxa bilər. Bununla əlaqədar olaraq, cari Siyasətdən
47      xəbərdar olmaq üçün İstifadəçilər Siyasəti vaxtaşırı olaraq yenidən
48      oxumalıdırlar.
49

50

51      Başqa hal göstərilməyibsə (bu cür məhdudiyyətləri ehtiva edən və
52      konkret, məlumatlı və şüurlu olan Fərdi məlumatların emalına dair ayrıca
53      razılığın Şirkətə göndərməklə İstifadəçinin özü tərəfindən
54      konkretləşdirilməyibsə), İstifadəçilər öz Fərdi məlumatlarını təqdim
55      etməklə Fərdi məlumatlarının aşağıdakı kimi emal edilməsi üçün Şirkətə
56      şüurlu şəkildə öz razılıqlarını ifadə etmiş (təqdim edmiş) olurlar:
57      saxlamaq (pretenziyalar bildirmək də daxil olmaqla), sistemləşdirmək,
58      yığmaq, qeyd etmək, toplamaq, silmək, məhv etmək, aydınlaşdırmaq (o
59      cümlədən yeniləmək, dəyişdirmək), çıxarmaq, istifadə etmək, yaymaq (o
60      cümlədən üçüncü şəxslərə ötürmək), təqdim etmək, açıqlamaq,
61      şəxssizləşdirmək, bloklamaq, eləcə də istehlakçıların istəklərini
62      öyrənmək, məhsul və xidmətlərin keyfiyyətini artırmaq üçün bu
63      məlumatları ötürmək. Şirkət (və ya onunla affilyasiya olunmuş şəxslər və
64      ya onunla şərtləri Fərdi məlumatların qorunmasını nəzərdə tutan
65      müqavilələr bağlamış şəxslər) əldə edilmiş Fərdi məlumatlardan
66      İstifadəçilərlə əlaqə qurmaq üçün, o cümlədən Şirkət tərəfindən təşkil
67      olunan marketinq fəaliyyətləri (kampaniyalar, müsabiqələr və s.) haqda
68      məlumatın bildirilməsi və (və ya) onlarda iştirak üçün təkliflərin
69      göndərilməsi, digər ismarışların və ya reklam təkliflərinin
70      göndərilməsi, habelə marketinq təhlilinin aparılması və statistik
71      məlumatların toplanması məqsədilə istifadə edə bilər. Şirkət üçüncü
72      tərəflərə Şirkətin veb-saytlarının ziyarətçiləri və ya istifadəçiləri
73      haqqında ümumiləşdirilmiş (dəyişdirilmiş) məlumatları təqdim edə bilər.
74

75

76      Şirkət sərəncamında olan Fərdi məlumatları itkidən, oğurluqdan və
77      icazəsiz istifadədən, açıqlamadan və ya saxtakarlıqdan qorumaq üçün
78      lazımi tədbirlər görür. Təqdim olunan məlumatların qorunması məqsədilə
79      Şirkət elektron rəqəmsal imza vasitələrinin və ya şəxsi imzanın digər
80      analoqlarının tətbiqini, aparat və proqram təminatlarının tətbiqini,
81      texniki vasitələrə və xidməti yerləşgələrə girişin məhdudlaşdırılmasını,
82      məlumatların bütövlüyünə nəzarət və onların icazəsiz dəyişikliklərdən,
83      surətlərinin çıxarılmasından və məhv edilməsindən qorunmasını təmin
84      edir.
85

86

87      Fərdi məlumatların subyekti qismində çıxış edən istənilən İstifadəçi
88      Şirkətə müvafiq məktub göndərməklə fərdi məlumatlarının emalına
89      razılığını geri çağırmaq hüququna malikdir. Şirkət bu cür razılığın geri
90      çağırılması barədə məktubu aldığı gündən 15 təqvim günü ərzində müvafiq
91      məlumatları tamamilə silməlidir.
92

93

94      Bununla Şirkət hazırkı Siyasətin yalnız Şirkətə birbaşa ötürülən Fərdi
95      məlumatlara münasibətdə qüvvədə olduğunu bildirir. Çatlarda, forumda,
96      e-poçt ünvanında, İnternet şəbəkəsində foto- və videomateriallar
97      yerləşdirməklə təqdim edilən Fərdi məlumatlar da daxil olmaqla,
98      İstifadəçilər tərəfindən üçüncü şəxslərə könüllü olaraq təqdim edilən
99      Fərdi məlumatlar üçüncü şəxslər tərəfindən istənməyən ismarışların
100      göndərilməsi və ya digər məqsədlər üçün istifadə edilə bilər. Belə halda
101      Şirkət heç bir məsuliyyət daşımır. Şirkət İnternet şəbəkəsindən
102      istifadəyə məsuliyyətlə yanaşmağı, Fərdi məlumatların və digər
103      məlumatların təhlükəsizliyi haqda unutmamağı məsləhət görür. Şirkət,
104      Şirkətin veb-saytlarından istifadənin məxfiliyinə dair zəmanət verə
105      bilməz (çünki veb-saytlara giriş açıqdır) və İstifadəçinin (və ya
106      istənilən şəxsin) Şirkətin veb-saytından və ya İstifadəçinin Şirkətin
107      veb-saytına ötürdüyü istənilən məlumatdan istifadə zamanı məxfiliyin
108      pozulması nəticəsində ona dəyə biləcək hər hansı ziyana görə məsuliyyət
109      daşımır.
110

111

112      Bəzi hallarda Şirkət avtomatik olaraq (yəni qeydiyyatsız, uçotsuz) Fərdi
113      məlumat olmayan texniki məlumatları əldə edə bilər. Belə məlumatlara
114      İnternet brauzerinin növü, kompüterin (cihazın) əməliyyat sisteminin
115      növü və digər texniki xarakterli məlumatlar aiddir.
116

117

118      Şirkət bəzi məlumatları İstifadəçinin kompüterində (cihazında) saxlaya
119      bilər. Belə məlumatlar cookies-lər şəklində (saytları ziyarət edərkən
120      kompüterin sərt diskinə və ya başqa bir cihazın yaddaşına göndərilən
121      məlumatlardan ibarət kiçik fayllar) və ya onlara bənzər olacaq və
122      müxtəlif texniki məsələlərin həllində faydalı ola bilər (məsələn,
123      cihazdan tələb olunan məlumatların maksimum dərəcədə sürətli və düzgün
124      əks olunması üçün).
125

126

127      Fərdi məlumatların qorunması ilə bağlı istənilən sual, şərh və
128      şikayətləri
129      https://bonduelle.az/about/contacts
130      səhifəsində qeyd olunmuş ünvana göndərə bilərsiniz.
131

132  `};export{a as default};

Line numbers count LF bytes from the start of the resource, as the search results do. Vendor segments are library code the classifier recognised; they are stored but not indexed. Bytes are shown as Latin1 characters, one per byte.